Donald Tramp 31 martdan 2 aprelədək Çinə səfər etməyi planlaşdırır
Donald Tramp 31 martdan 2 aprelədək Çinə səfər etməyi planlaşdırır

ABŞ prezidenti Donald Tramp 31 martdan 2 aprelədək Çinə səfər etməyi planlaşdırır. Bu barədə məlumatı Ağ Evdə təsdiqləyirlər.

Səfər çərçivəsində Tramp Çin prezidenti Si Dzinpinlə görüşəcək.

Bu, Çin və ABŞ liderləri arasında ötən ilin oktyabr ayından sonra ilk üzbəüz görüş olacaq.

“Reuters”ın yazdığına görə, bu görüş xüsusilə vacibdir, çünki tərəflər rüsumların artırılmasını dayandıran ticarət sazişinin davam etdirilib-etdirilməyəcəyini müzakirə edəcəklər.