Donald Tramp 2020-ci ilin seçkilərində qalib gəlməyin öz eqosu üçün lazım olduğunu bildirir - "İndi böyük eqom var, bu dəliləri məğlub etmək inanılmaz idi, elə deyilmi? Bütün tərəddüdlü ştatlarda qalib gəlmək necə də möhtəşəm hissdir"

ABŞ prezidenti Donald Trampın bildirdiyinə görə, 2020-ci il seçkilərində qalib gəlmək ona öz eqosu üçün lazım idi.

Bu barədə Donald Tramp Milli Dua Səhər Yeməyində çıxışı zamanı bildirib.

“Onlar ikinci seçkini saxtalaşdırdılar. Mən qalib gəlməli idim, bu, öz eqom üçün lazım idi. İndi mənim böyük eqom var. Bu dəliləri məğlub etmək inanılmaz idi, elə deyilmi? Bütün tərəddüdlü ştatlarda qalib gəlmək necə də möhtəşəm hissdir”, – deyə Tramp bildirib.

ABŞ prezidenti həmçinin qeyd edib ki, inanclı bir insanın Demokratlara necə səs verə biləcəyini inanılmaz hesab edir.