İsrail polisinin bildirdiyinə görə, 13 oktyabrda ABŞ Prezidenti Donald Tramp İsrailə səfər edəcək. Bu barədə “CNN” məlumat yayır.
Polisin mətbuat katibinin sözlərinə görə, Donald Trampın İsrailə səfəri zamanı ölkədə minlərlə polis, sərhəd polisi əməkdaşı və könüllü yerləşdiriləcək.
“Yollar bağlanacaq və təyyarələrin, o cümlədən dronların Ben Qurion hava limanı və Qüds üzərində uçuşu qadağan ediləcək”, – deyə polisin bəyanatında qeyd olunub.
Məlumat üçün bildirək ki, İsrail parlamentinin sədri Donald Trampı rəsmi olaraq Knessetdə çıxış etməyə dəvət edib.