Donald Tramp - Əgər NATO-ya üzv ölkələr də eyni addımı atsalar və Rusiyadan neft almağı dayandırsalar, Rusiyaya ciddi sanksiyalar tətbiq etməyə hazıram
“ABŞ prezidenti Donald Tramp bildirir ki, bütün NATO ölkələri eyni addımı atarsa və Rusiyadan neft almağı dayandırarsa, Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq etməyə hazırdır. Bu barədə Tramp sosial şəbəkəsində yazıb.
Onun dediyinə görə, bu məktub bütün NATO ölkələrinə və dünyaya göndərilib. “ABŞ prezidenti həmçinin NATO ölkələrinə çağırış edir ki, müharibə bitənə qədər Çinə 50%-dən 100%-ə qədər rüsumlar tətbiq etsinlər, çünki Trampın qiymətləndirməsinə görə, Çin Rusiya üzərində böyük nəzarət və təsirə malikdir.
Donald Trampın qeyd etdiyi kimi, alyans üzvləri onun dediyi kimi hərəkət etsələr, Ukraynada müharibə tez bitəcək.
“Bütün NATO üzvləri razılaşsa və eyni addımı ataraq Rusiyadan neft almağı dayandırsa, mən Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq etməyə hazıram. Bildiyiniz kimi, NATO-nun qələbəyə hazır olması 100%-dən xeyli aşağı idi və bəzi üzvlərin rus nefti alması şokedici oldu! Bu, müzakirələr prosesində sizin mövqeyinizi və Rusiyayla danışıqlardakı gücünüzü əhəmiyyətli dərəcədə zəiflədir. Hər halda, siz hazır olduqda mən hərəkət etməyə hazıram. Sadəcə deyin, nə vaxt? İnanıram ki, Rusiya və Ukrayna arasındakı müharibə başa çatdıqdan sonra NATO-nun Çinə qarşı tətbiq etdiyi 50%-dən 100%-ə qədər rüsumlar tamamilə qaldırılacaq və bu, həmçinin bu ölümcül, lakin mənasız müharibəyə son qoymağa kömək edəcək. Çinin Rusiya üzərində güclü nəzarəti və hətta təsiri var və bu güclü rüsumlar o təsiri pozacaq. Bu Trampın müharibəsi deyil (mən prezident olsaydım heç vaxt başlamazdı!), bu Bayden və Zelenskinin müharibəsidir. Mən yalnız bunun qarşısını almaq və minlərlə rus və ukraynalının həyatını xilas etmək üçün buradayam (təkcə ötən həftə 7118 nəfər həlak oldu. Bu dəlilikdir!). Əgər NATO mənim dediklərimi etsə, müharibə tezliklə bitəcək və bütün bu həyatları xilas etmək mümkün olacaq! Əks halda, sadəcə mənim, Amerika Birləşmiş Ştatlarının vaxtını, enerjisini və pulunu boş yerə sərf edirsiniz. Bu məsələyə diqqətinizə görə təşəkkür edirəm!” Tramp yazır.