Donald Tramp - Əgər İran tez bir zamanda razılığa gəlməsə, hər şeyi məhv edib neftini ələ keçirməyi düşünürəm
“Əgər İran tez bir zamanda razılığa gəlməsə, hər şeyi məhv edib neftini ələ keçirməyi düşünürəm”, – bu barədə ABŞ prezidenti Donald Tramp “Fox News”a telefonla müsahibəsində bildirib.
“Əgər İran tez bir zamanda razılığa gəlməsə, hər şeyi məhv edib neftini ələ keçirməyi düşünürəm. Ölkənin hər yerində körpülərin və elektrik stansiyalarının dağıldığını görəcəksiniz. İran adından danışıqlar aparan insanlara danışıqların davam etməsi üçün müvəqqəti əfv verilib. Düşünürəm ki, sabah razılığa gələ bilərəm. Çox böyük ehtimalla sabah razılaşma olacaq. Danışıqlar artıq davam edir”, – Tramp bildirib.
Bununla yanaşı, ABŞ prezidentinin dediyinə görə, İranda keçirilən aksiyalar zamanı 45.000 insan həlak olub və etirazçılara silah göndərdiyini qeyd edib.
“Biz İran etirazçılarına çoxlu silah göndərdik. Silahları kürdlər vasitəsilə göndərdik və düşünürəm ki, kürdlər bu silahları saxlayıblar”, – Donald Tramp bildirib.