Donald Tramp - Əgər İran dinc etirazçılara atəş açar və onları zorakılıqla qətlə yetirərsə, ABŞ onlara kömək etməyə gələcək, biz hazırıq
Donald Tramp - Əgər İran dinc etirazçılara atəş açar və onları zorakılıqla qətlə yetirərsə, ABŞ onlara kömək etməyə gələcək, biz hazırıq

ABŞ prezidenti Donald Tramp bildirir ki, İran dinc etirazçılara atəş açar və onları zorakılıqla qətlə yetirərsə, ABŞ onlara kömək edəcək.

Bu barədə Donald Tramp sosial şəbəkədə yazır.

“Əgər İran onların adəti olduğu kimi dinc etirazçılara atəş açar və onları zorakılıqla qətlə yetirərsə, ABŞ onlara kömək etməyə gələcək, biz hazırıq”, – Tramp sosial şəbəkədə yazır.

Məlumat üçün bildirək ki, İranda bir neçə gündür etiraz aksiyaları davam edir. Etiraz aksiyaları dekabrın 28-də Tehranda mağaza sahiblərinin tətilindən sonra başlayıb, bu tətil ölkədə mövcud ağır iqtisadi böhrana qarşı yönəlmişdi və bunun ardınca bütün ölkə miqyasında nümayişlərə səbəb olub. Xarici medianın məlumatına əsasən, etiraz aksiyaları zamanı baş vermiş iğtişaşlar nəticəsində bir neçə nəfər həlak olub.