Dominikan Respublikasının Müstəqillik Günü münasibətilə Tbilisi teleqülləsi Dominikan Respublikasının bayrağının rəngləri ilə işıqlandırılıb
Dominikan Respublikasının Müstəqillik Günü münasibətilə Tbilisi teleqülləsi Dominikan bayrağının rəngləri ilə işıqlandırılıb.
Dominikan Respublikası bu gün Haitidən müstəqilliyini elan etməsini qeyd edir.
27 fevral 1844-cü ildə Haitidən müstəqillik qazanması ilə başa çatan Müstəqillik Müharibəsindən 182 il ötür. Bu gün Dominikan Respublikasında müxtəlif bayram tədbirləri ilə qeyd olunur. Bayram münasibətilə təntənəli yürüş keçirilir, həmçinin vətəndaşların xüsusi hazırlaşdıqları kostyumlu karnaval təşkil olunur.