Domaqo İurieviç - Rabitə Komissiyasının qərarı telekommunikasiya bazarında rəqabətin yaxşılaşdırılması üçün atılmış addımdır, bundan gürcü istehlakçılar faydalanacaq
Domaqo İurieviç - Rabitə Komissiyasının qərarı telekommunikasiya bazarında rəqabətin yaxşılaşdırılması üçün atılmış addımdır, bundan gürcü istehlakçılar faydalanacaq

 

Rabitə Komissiyasının qərarı gürcü telekommunikasiya bazarında rəqabətin yaxşılaşdırılması istiqamətində atılmış addımdır – sözügedən bəyanatı Rabitə Komissiyasının sifarişi ilə həyata keçirilmiş sabit genişzolaqlı internet bazarının kompleks tədqiqi üzrə ekspert qrupunun rəhbəri, Avropa İttifaqının eksperti Domaqo İurieviç verib. Məlumatı Rabitə Komissiyası yayır.

Domaqo İurieviç, mobil, eləcə də sabit internet bazarının öyrənilməsinin Avropa İttifaqının bazarının təhlili metodologiyasına və qabaqcıl təcrübələrə uyğun aparıldığını, hərçənd bütün rəylərin gürcü telekommunikasiya bazarından əldə edilən göstəricilərə əsaslandığını bildirib.

Avropa İttifaqının ekspertinin izahına əsasən, gürcü istifadəçilər əsasən aşağı sürətli internetdən istifadə edirlər, bu da bazarda rəqabətin kifayət qədər olmaması ilə bağlıdır. Domaqo İurieviç bildirib ki, təhlillər nəticəsində müəyyən edilib ki, “Magticom” bazarda mühüm bazar gücünə malik operatordur və pərakəndə satış bazarında rəqabətin inkişafına təkan vermək üçün ilkin tənzimləmə ehtiyacı aşkar edilib.

“Avropa İttifaqının, eləcə də “ComCom” bazarının təhlili metodologiyasına əsaslanan kompleks tədqiqata əsasən, gürcü bazarından əldə edilmiş göstəricilər əsasında belə qənaətə gəldik ki, sabit internetin pərakəndə satış bazarında mövcud rəqabət səviyyəsi qənaətbəxş deyil, bunun nəticəsində də gürcü istehlakçı zərər görür. Məsələn, Gürcüstan əhalisinin böyük hissəsi aşağı sürətli və keyfiyyətsiz internetdən istifadə edir. Biz “Magticom”un bazarda dominant operator olduğunu müəyyən etdik. Avropa İttifaqının qaydalarına və Rabitə Komissiyasının metodologiyasına əsasən isə belə operator tənzimlənməyə tabe olmalıdır. Avropanın digər ölkələrindən əldə olunan təcrübə bizə göstərir ki, tənzimləmələrin tətbiqi bazarda rəqabətin artmasına səbəb olur. Dominant operatora tətbiq edilən öhdəliklər bazarın tədqiq edilməsi çərçivəsində ortaya çıxmış problemlərin həllinə kömək edəcəkdir. “ComCom” tərəfindən tənzimləmələrin tətbiqi rəqabəti yaxşılaşdırmaq və gürcü istehlakçılarının zərərinin qarşısını almaq üçün lazımdır, çünki nəticədə biz daha çox rəqabət və gürcü istehlakçılar üçün daha çox seçim əldə edəcəyik” – Domaqo İurieviç bildirib.