"Doiçe Velle" - İspaniya Yeparxiyası "Homoseksualizmin müalicə kursuna" görə cərimələnəcək
"Doiçe Velle" - İspaniya Yeparxiyası "Homoseksualizmin müalicə kursuna" görə cərimələnəcək

İspaniya Yeparxiyası “Homoseksualizmin müalicə kursunu keçirdiyinə görə cərimələndiriləcək.

“Doiçe Vellenin” yazdığına görə, Alkala- De-Anares şəhərindəki kilsələrdən birinə qarşı istintaq aparılır.

Ehtimala görə, yeparxiyada “homoseksualizmin müalicə kursları” keçirilir.

Əgər bu iddia təsdiqlənsə, kilsə 45 min avro ilə cərimələnəcək.

Alkala-De-Anares şəhərinin yerləşdiyi Madrid əyalətində belə kursların keçirilməsi qadağandır.

2016-cı ildə Madrid iqtidarı qanun qəbul etdi, hansına görə, homofobiya və cinsi orientasiyasına görə, insanları diskriminasiya etmək qanunla cəzalandırılacaq.

Kilsə isə, ona qarşı irəli sürülən suçlamaları rədd edir və bəyan edir ki, orada sadəcə seksual təhsil kursları keçirilirdi.