Dmitro Kulebanın verdiyi məlumata əsasən, Vladimir Zelenski 2024-cü ilin yazında prezident seçkilərinin keçirilə biləcəyini istisna etmir
Dmitro Kulebanın verdiyi məlumata əsasən, Vladimir Zelenski 2024-cü ilin yazında prezident seçkilərinin keçirilə biləcəyini istisna etmir

Ukrayna prezidenti Vladimir Zelenski 2024-cü ilin yazında prezident seçkilərinin keçirilə biləcəyini istisna etmir.

Xarici işlər naziri Dmitro Kulebanın dediyinə əsasən, prezident bu məsələni müzakirə edəcək.

Diplomatın qeyd etdiyinə əsasən, müharibə şəraitində seçkilərin keçirilməsi misli görünməmiş çətinliklərlə, o cümlədən xaricdə yaşayan Ukrayna vətəndaşlarına, habelə müharibə şəraitində olan hərbi qulluqçulara və müvəqqəti işğal olunmuş ərazilərdə yaşayan vətəndaşlara səs vermək imkanının təmin edilməsi çətinlikləri ilə bağlı olacaq.

Qeyd edək ki, müharibə şəraitində qanunvericiliyə görə seçkilərin keçirilməsi məcburi deyil və təxirə salına bilər. “Sky News”un yazdığına görə, Vladimir Zelenski seçkilərdə təkrar iştirak etmək istəyir.