Dmitro Kuleba Volodimir Zelenskiyə İranla diplomatik münasibətləri kəsmək təşəbbüsünü təqdim edəcək

18:26, 18.10.2022

 

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba prezident Volodimir Zelenskiyə İranla diplomatik münasibətləri kəsmək təşəbbüsünü təqdim edəcəyini açıqlayır.

“İranın hərəkətləri yalan və qəddarlıqdır, buna dözməyəcəyik. İranın PUA-ları tərəfindən Ukraynada mülki infrastrukturun dağıdılması, ölüm və iztirab fonunda İranın Rusiyaya silah tədarükünü davam etdirə biləcəyi ilə bağlı yayılan məlumatdan sonra mən prezidentə İranla diplomatik münasibətlərin dayandırılmasını müzakirə etmək təklifi verirəm”- deyə Kuleba bildirib.

Kuleba Ukraynanın heç vaxt İran əleyhinə mövqe tutmadığını bildirib.

“İranın ölkəmizdə Rusiyanın aqressiyası və cinayətlərinin şərikinə çevrilməsi fonunda bu gün bizim çox aydın və ədalətli mövqeyimiz olacaq. İran Rusiyaya silah tədarükünü dayandıranda- biz diplomatik münasibətlərin bərpasından danışacağıq” – deyə Dmitro Kuleba bildirib.

Ukraynanın xarici işlər naziri həmçinin Avropa İttifaqının nümayəndələrini İrana qarşı sanksiyalar tətbiq etməyə çağırır.

Oxşar