Dmitro Kuleba Ukraynanın bu gün Rusiyanın BMT Təhlükəsizlik Şurasından çıxarılması məsələsini qaldıracağını bildirib
Dmitro Kuleba Ukraynanın bu gün Rusiyanın BMT Təhlükəsizlik Şurasından çıxarılması məsələsini qaldıracağını bildirib

 

Bu gün Ukrayna Rusiyanın BMT Təhlükəsizlik Şurasından çıxarılması məsələsini qaldıracaq. Bu barədə Ukraynanın xarici işlər naziri Dmitro Kuleba açıqlayıb.

“Sualımız sadədir: Rusiyanın BMT Təhlükəsizlik Şurasının daimi üzvü qalmaq və ümumilikdə BMT-də olmaq hüququ varmı? Bizim qəti və əsaslandırılmış cavabımız var, onun haqqı yoxdur” -deyə Dmitro Kuleba açıqlayıb.

O bildirib ki, Rusiyanın başlatdığı müharibədə məğlub olduqdan sonra onun başına nə gələcək sualı artıq beynəlxalq diplomatiya üçün tabu deyil.

“Bu məsələlər hələlik mətbuat konfranslarında və dünya liderlərinin ictimai bəyanatlarında müzakirə olunmur, lakin onlar bu məsələdən bir səviyyə aşağıda danışırlar. Belə ki, Rusiya necə olmalıdır ki, dünyaya təhlükə yaratmasın”-deyə Kuleba açıqlayıb.