Dmitro Kuleba – Ukrayna birinci mərhələdə müttəfiqlərdən 140-a qədər tank alacaq

18:04, 31.01.2023

 

Birinci mərhələdə Ukrayna müttəfiqlərdən 120-140 tank alacaq-bu barədə Ukraynanın xarici işlər naziri Dmitro Kuleba açıqlayıb.

“Qeyd edə bilərəm ki, birinci dalğada Ukrayna Silahlı Qüvvələri 120-140 ədəd müasir, qərb tipli tanklar alacaq” – deyə Kuleba açıqlayıb.

Nazir “Leopards”, “Challengers” və “Abrams”dan başqa, “Leclerc” də olacağına ümid edir.

Kulebanın qeyd etdiyi kimi, tank koalisiyası 12 ölkəni birləşdirir, lakin indiki mərhələdə o, adlarını çəkməkdən çəkinir, çünki bəzi ölkələr hələ də bu qərarı rəsmi şəkildə qəbul etməyiblər. Kuleba Ukraynanın tank koalisiyasının genişləndirilməsi üzərində fəaliyyəti davam etdirdiyini bildirir.

Oxşar