Dmitro Kuleba – “referendumlar” və hibrid “səfərbərlik” heç nəyi dəyişməyəcək, Ukrayna əraziləri azad etməyə davam edəcək

17:32, 20.09.2022

 

Nə “referendumlar”, nə də hibrid “səfərbərlik” heç nəyi dəyişməyəcək, Ukrayna öz ərazilərini azad etməyə davam edəcək-bu barədə Ukraynanın xarici işlər naziri Dmitro Kuleba açıqlayıb.

Kuleba rus mətbuatında separatçıların nəzarətində olan Donetsk, Luqansk və Xerson ərazilərində Rusiya ilə birləşmək üçün qondarma referendumların sentyabrın 23-27-də keçiriləcəyinə dair yayılan məlumata münasibət bildirib.

Ukrayna XİN rəhbəri Rusiyanın hər zaman təcavüzkar dövlət olduğunu və belə qalacağını bildirib.

“Ukraynanın öz ərazilərini azad etmək üçün tam hüququ var və Rusiyada nə deyilməsindən asılı olmayaraq, onları azad etməyə davam edəcək” -deyə Dmitro Kuleba açıqlayıb.

Oxşar