Dmitro Kuleba – ölkələri qanlı müharibə apararkən rus turistlər xaricə getməməlidirlər

17:40, 11.08.2022

 

Ölkələri qanlı müharibə apararkən rus turistlər xaricə getməməlidirlər-bu barədə Ukraynanın xarici işlər naziri Dmitro Kuleba bildirib.

Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri, Ukraynanın Rusiya vətəndaşlarının Avropaya səfər imkanlarının məhdudlaşdırılması təşəbbüsünün Avropa İttifaqında impuls qazandığını bildirib.

Ukraynanın hökumət rəsmisi Kiyevin, belə bir addımın Putin rejimini dəstəkləməyən rusların səyahətini məhdudlaşdıracağı arqumenti ilə razılaşmadığını bildirib.

“Qaçqınlar üçün siyasi sığınacaq imkanı həmişə olacaq, lakin ölkələri Avropada qanlı işğalçı müharibə apararkən rus turistlər SSRİ köynəklərində, üzərində “Zet” (Z) hərfləri və buna bənzər bütün şeylərdə xarici çimərliklərdə, görməli yerlərdə, mağazalarda, restoranlarda gəzməməlidirlər”-deyə Kuleba bildirib.

Oxşar