Dmitro Kuleba – Avropa Şurası Parlament Assambleyasının güclü qətnaməsini alqışlayıram, assambleyaya üzv dövlətlərin parlamentlərini ona istinad etməyə və milli səsvermə keçirməyə çağırıram

19:32, 13.10.2022

 

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Avropa Şurası Parlament Assambleyası tərəfindən Rusiyanın terrorçu dövlət elan edilməsi ilə bağlı qətnamənin qəbulunu alqışlayır. Bu barədə Kuleba “Twitter” sosial şəbəkəsində yazır.

Ukraynalı diplomat Avropa Şurası Parlament Assambleyasına üzv dövlətlərin parlamentlərini qəbul edilmiş qətnaməyə istinadən məsələ ilə bağlı səsvermə keçirməyə çağırır.

“Mən Avropa Şurası Parlament Assambleyasının Rusiyanın təcavüzünü pisləyən və Rusiyanı terrorçu rejim elan edən bugünkü sərt qətnaməsini alqışlayıram. Bu mühüm addım Avropa Şurası Parlament Assambleyasına üzv dövlətlərin parlamentlərinin qərarlarına yol açır. Mən onları bu qətnaməyə istinad etməyə və milli səsvermə keçirməyə çağırıram”– deyə Dmitro Kuleba yazıb.

Avropa Şurası Parlament Assambleyası Rusiyanı dövlət terrorçu rejimi elan edən qətnamə qəbul edib. Qətnamənin adı “Rusiyanın Ukraynaya qarşı təcavüzünün növbəti eskalasiyası”dır. Sənəddə deyilir ki, Rusiyanın təcavüzü cinayət, beynəlxalq hüququn pozulması, beynəlxalq sülh və təhlükəsizliyə əsas təhdid kimi pislənməlidir. Avropa Şurası Parlament Assambleyası Rusiyanı Ukraynaya qarşı təcavüzünü dərhal və qeyd-şərtsiz dayandırmağa, işğalçı qüvvələrini Ukraynanın beynəlxalq səviyyədə tanınmış ərazisindən tamamilə və qeyd-şərtsiz çıxarmağa çağırır. Həmçinin, assambleya üzvləri Rusiyanı öz qüvvələrini Gürcüstan və Moldovadan çıxarmağa çağırırlar.

Oxşar