Dmitro Kuleba Aİ və Böyük Yeddilik ölkələrini Rusiya vətəndaşlarına viza verilməsini dayandırmağa çağırıb
Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Aİ və Böyük Yeddilik ölkələrini Rusiya vətəndaşlarına viza verilməsini dayandırmağa çağırıb. Bu barədə diplomat sosial şəbəkədə açıqlama verib.
“Prezident Zelenski bunu tələb etməkdə tamamilə haqlıdır. Rusların əksəriyyəti Ukraynadakı müharibəni dəstəkləyir. Onlar beynəlxalq sərhədlərə hörmət etməyi öyrənənə qədər sərhədləri keçmək hüququndan məhrum edilməlidirlər” – deyə Kuleba yazır.
Ukrayna prezidenti Volodimir Zelenski bazar ertəsi Qərbi ruslara viza verilməsini dayandırmağa çağırıb. Ertəsi gün ruslar üçün bütün növ vizaların dayandırılmasını Estoniya və Finlandiyanın baş nazirləri dəstəkləyiblər.