Dmitro Kuleba 12 ölkənin Ukraynaya enerji infrastrukturunu bərpa etməkdə kömək etdiyini açıqlayır

22:03, 31.10.2022

 

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba 12 ölkənin Ukraynaya enerji infrastrukturunu bərpa etməkdə kömək etdiyini açıqlayır. Müvafiq məlumatı Ukrayna mediası ölkənin Xarici İşlər Nazirliyinə istinadən yayır.

Kuleba ukraynalı diplomatların profilli qurumların hazırladığı ehtiyac siyahıları əsasında öz tərəfdaşları ilə daim əlaqə saxladıqlarını bildirir. Bundan başqa, nazir diplomatların ehtiyaclardan irəli gələrək Fransa, Almaniya, Belçika, İsveç, Çin və digər ölkələrin istehsal şirkətləri ilə danışıqlar apardığını qeyd edib.

“Biz artıq 12 ölkənin hökumət və şirkətləri ilə cihazların tədarükü barədə razılığa gəlmişik: İsrail, İspaniya, İtaliya, Litva, Almaniya, Şimali Makedoniya, Polşa, Cənubi Koreya, Slovakiya, Sloveniya, Finlandiya və Fransa. Ümumilikdə, söhbət 954 ədəd enerji cihazından gedir. Yardımın ilk partiyaları artıq Ukraynadadır, qalanını isə yaxın gələcəkdə gözləyirik. Biz tərəfdaşlar dairəsini və dəstəyin həcmini artırmaq üçün işləməyə davam edirik”- deyə Kuleba bildirib.

Kuleba Ukraynanın aldığı avadanlıqlar arasında generatorlar, avtomatik açarlar və digər avadanlıqların olduğunu açıqlayıb.

“Biz imkan verməyəcəyik ki, rus terroru bizi və ya tərəfdaşlarımızı sındırsın… Təcili müraciətimizə cavab verən hər bir tərəfdaşa və şirkətə minnətdarıq”- deyə Ukraynanın xarici işlər naziri bildirib.

Oxşar