Dmitri Peskov – Vladimir Putin Volodimir Zelenski ilə görüşü istisna etmir, lakin hesab edir ki, ali səviyyədə keçiriləcək istənilən görüş yaxşı hazırlanmalıdır
Vladimir Putin Volodimir Zelenski ilə görüşü istisna etmir, – bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Peskovun dediyinə görə, Vladimir Putin Volodimir Zelenski ilə yalnız görüşün yaxşı hazırlanmış olduğu halda görüşəcək.
“Sizə prezident Putinin mövqeyini xatırladıram. O, belə bir görüşün keçirilməsini istisna etmir, lakin hesab edir ki, ali səviyyədə istənilən görüş yaxşı hazırlanmalıdır ki, həmin görüşdə hələ ekspertlər səviyyəsində işlənməli olan layihələrin yekunlaşdırılması mümkün olsun”, – deyə Kremlin mətbuat katibi bildirib.