Dmitri Peskov – Vladimir Putin və Donald Tramp zamanı gələndə mütləq üz-üzə görüşəcəklər, lakin buna hələ də hazırlıq lazımdır

15:40, 13.04.2025

Vladimir Putin və Donald Tramp zamanı gələndə mütləq üz-üzə görüşəcəklər, lakin buna hələ də hazırlıq lazımdır, – bu barədə Kremlin sözçüsü Dmitri Peskov bəyan edib.

“Bu görüş baş tutacaq. Prezidentlər öz siyasi iradələrini ifadə ediblər ki, bu baş tutmalıdır, o cümlədən bunu açıq şəkildə də elan edirdilər. Amma bu, lazımi vaxtda baş verəcək. Bunun üçün hazırlıq lazımdır”, – Kremlin nümayəndəsi bildirib.

Jurnalist Peskova Vladimir Putinlə Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff arasında ötən həftə baş tutan söhbətin Trampla gələcək görüş üçün irəliyə doğru atılmış addım olub olmadığını soruşub.

“Əlbəttə, bu, bu görüşə doğru əlavə addım olacaq. Hər şey yaxşı gedir. İş ondadır ki, münasibətləri demək olar ki, sıfırdan bərpa etmək çox çətindir və çox intensiv diplomatik səy tələb edir. Bütün yol kiçik addımlardan ibarətdir”, – Peskov qeyd edib.

Oxşar