Dmitri Peskov - Vladimir Putin Trampın Ukraynaya zərbələri 1 fevrala qədər dayandırmaq tələbini qəbul etdi
Dmitri Peskov - Vladimir Putin Trampın Ukraynaya zərbələri 1 fevrala qədər dayandırmaq tələbini qəbul etdi

Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov bildirir ki, Donald Tramp sülh danışıqları üçün əlverişli mühit yaratmaq məqsədilə Vladimir Putindən Ukraynaya zərbələri 1 fevrala qədər dayandırmasını istəyib.

“Prezident Tramp danışıqlar üçün əlverişli şərait yaratmaq məqsədilə şəxsən Prezident Putindən1 fevrala qədər bir həftə Kiyevə hücum etməməyi xahiş edib. Bu məsələ ilə bağlı deyə biləcəyim tək şey budur”, – deyə Dmitri Peskov qeyd edib.

Vladimir Putinin Donald Trampın təklifi ilə razılaşıb-razılaşmadığı sualına Peskov belə cavab verib: “Bəli, əlbəttə. Bu, Prezident Trampın şəxsi xahişi idi”.

Məlumat üçün bildirək ki, ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinin onun xahişi ilə razılaşdığını və Rusiyanın bir həftə ərzində Ukrayna şəhərlərini bombalamayacağını bildirib.