Dmitri Peskov — Ukrayna Silahlı Qüvvələri Donbas ərazisini tərk etməlidir, bu çox vacib şərtdir
Kremlin sözçüsü Dmitri Peskovun bildirdiyinə görə, Ukrayna ordusu Donbasın bütün ərazisini tərk etməlidir.
“Rusiyanın mövqeyi yaxşı məlumdur ki, Ukrayna və Ukraynanın silahlı qüvvələri Donbas ərazisini tərk etməlidirlər, onlar oradan geri çəkilməlidirlər. Bu, çox vacib şərtdir”, – deyə Peskov bildirib.
Bununla yanaşı, Dmitri Peskov Vladimir Putinin Rusiyanın ABŞ-da dondurulmuş 1 milyard dollarlıq Rusiya aktivlərini “Sülh Şurasına” köçürə biləcəyi barədə bəyanatından danışıb.
“ABŞ-da müsadirə edilmiş vəsaitlə bağlı dəqiq məbləği açıqlamıram, amma deyə bilərəm ki, beş milyard dollardan bir qədər azdır. Yeri gəlmişkən, bu mövzu dünən Putin ilə Mahmud Abbas arasında danışıqlar zamanı da qaldırılıb. Oradan qalan vəsaitlər barədə isə Putin həmçinin dedi ki, həmin vəsait döyüş əməliyyatları nəticəsində zədələnmiş ərazilərin bərpasına xərclənə bilər. Bu kontekstdə indi bir şeyi deyə bilərəm: Donbasda yerləşən ərazilər döyüş əməliyyatları zamanı həqiqətən də ciddi ziyan görüb”, – Kremlin sözçüsü qeyd edib.