Dmitri Peskov – Rusiya Silahlı Qüvvələri enerji obyektlərinə hücumları ilə bağlı moratoriuma riayət edirlər

14:54, 26.03.2025

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun bildirdiyinə görə, Vladimir Putinin 30 günlük moratorium çərçivəsində Ukraynanın enerji obyektlərinə hücumları qadağan edən sərəncamı qüvvədədir.

Jurnalistin Ukrayna silahlı qüvvələrinin martın 18-dən Rusiyanın enerji infrastrukturuna dəfələrlə hücum etdiyini nəzərə alaraq, moratoriumun davam edib-etməməsi ilə bağlı sualına Peskov razılaşmanın qüvvədə olduğu cavabını verib.

“Putinin moratoriumla bağlı əmri hələ də qüvvədədir və silahlı qüvvələrimiz tərəfindən icra olunur”, – Kremlin nümayəndəsi brifinqdə bildirib.

Xatırladaq ki, Rusiya tərəfinin bildirdiyinə görə, martın 18-dən 30 gün ərzində müvəqqəti moratorium qüvvədə olacaq.

Ukraynada isə Rusiyanın həmin gün müqaviləni pozduğunu iddia edirlər.

Oxşar