Dmitri Peskov - Rusiya Qrenlandiyanı Danimarkanın bir hissəsi kimi hesab edir
Dmitri Peskov - Rusiya Qrenlandiyanı Danimarkanın bir hissəsi kimi hesab edir

Rusiya Qrenlandiyanı Danimarkanın bir hissəsi kimi hesab edir, – bu barədə Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirib.

Kreml sözçüsünün sözlərinə görə, Rusiya dünyanın digər ölkələri ilə birlikdə Qrenlandiya ətrafındakı qeyri-adi vəziyyətin trayektoriyasını izləyəcək.

Peskovun qeyd etdiyi kimi, ABŞ prezidenti Donald Tramp özü bildirib ki, beynəlxalq hüquq onun üçün heç bir növ prioritetli məsələlərdən biri deyil.

“Beynəlxalq hüquq baxımından vəziyyət qeyri-adi, hətta deyərdim ki, fövqəladədir”, – deyə Dmitri Peskov bildirib.