Dmitri Peskov – Xüsusi hərbi əməliyyat real müharibə şəklində davam edir, çünki Kiyev Berlin, Paris, Haaqa, Oslo və Vaşinqtondan kömək alır
Xüsusi hərbi əməliyyat real müharibə şəklində davam edir, çünki Kiyev Berlin, Paris, Haaqa, Oslo və Vaşinqtondan kömək alır, – bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Kreml sözçüsünün sözlərinə görə, bu şəraitdə Moskva bilməlidir ki, Kiyev rejimi hər şeyə hazırdır.
“Müharibə davam edir, bu əsl müharibədir. Bunun niyə müharibə olduğunu bilirsinizmi? Bütün bunlar xüsusi hərbi əməliyyat kimi başladı və müharibə kimi davam edir, çünki Berlin, Paris, Haaqa, Oslo və təəssüf ki, Vaşinqton Kiyevin arxasındadır. Onlar peyklər vasitəsilə bizi bombalamaqda onlara kömək edirlər. Onlar bütün infrastruktur vasitəsilə hədəflərimizə qarşı xarici silahların istifadəsinə kömək edirlər”, – deyə Peskov bildirib.
Rusiya prezidentinin mətbuat katibi həmçinin qeyd edib ki, Polşaya mümkün hücum barədə mediada yayılan məlumatlar həqiqətə uyğun deyil.
“Rusiya Federasiyası haqqında çoxlu sayda dəhşətli hekayələr dərc olunur”, – deyə Peskov bildirib.
Bundan əvvəl Britaniyanın “The Telegraph” nəşri məlumat yaydı ki, ABŞ, ehtimal ki, Polşa hakimiyyətinə Rusiyanın NATO-nun “qətiyyətini” yoxlamaq üçün “silahlı təxribat” planları barədə xəbərdarlıq edib.