Dmitri Peskov Donald Trampın ikinci dərəcəli sanksiyaların tətbiqi ilə bağlı bəyanatlarını təhlil etməyə davam etdiklərini bildirir
Dmitri Peskov Donald Trampın ikinci dərəcəli sanksiyaların tətbiqi ilə bağlı bəyanatlarını təhlil etməyə davam etdiklərini bildirir

Kremlin sözçüsü Dmitri Peskov ABŞ prezidenti Donald Trampın mümkün ikinci dərəcəli sanksiyaların tətbiqi ilə bağlı bəyanatlarını təhlil etməyə davam etdiklərini bildirir.

Rusiya prezidenti Vladimir Putin hələ ki, Trampın bəyanatı barədə ictimaiyyətə şərh etməyib. Dmitri Peskovun söylədiyinə görə, Putin bunu məqsədəuyğun hesab etsə, şərh verəcək.

“Biz bu bəyanatları təhlil etməyə davam edəcəyik. Əgər prezident bununla bağlı şərh verməyi zəruri hesab etsə, bunu edəcək”, – Peskov bildirib.

Məlumat üçün bildirək ki, ABŞ prezidenti Donald Tramp Rusiya prezidentindən narazılığını bildirib və sərt tədbirlərin həyata keçiriləcəyini bəyan edib.