Dmitri Peskov bildirib ki, Kreml ABŞ-ın yeni administrasiyasının Rusiyayönlü mövqe tutduğuna inanmır
Kreml ABŞ-ın yeni administrasiyasının Rusiyayönlü mövqe tutduğuna inanmır.
Vaşinqtonda Ukrayna ilə bağlı verilən bəyanatlara gəlincə, Kreml qeyd edir ki, “çoxları Ukrayna rəhbərliyinin sülh danışıqlarına mane olmaq istəyini sakit şəkildə müşahidə edə bilmir”.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Kreml Tramp administrasiyası ilə razıdır ki, Ukraynadakı müharibənin “sülh yolu ilə” həll olunması arzu edilir.
“Aydındır ki, sülh danışıqlarının mümkünlüyünü istisna edən və sülhün təmin olunmasında iştirak etmək istəməyən Kiyev rejimi ətrafında baş verən hər şeyə az adam biganə qala bilər. Təbii ki, çoxları biganə qalmadığı üçün bu, çox emosional ifadələrdə özünü göstərir”. – dedi Dmitri Peskov.