Dmitri Peskov ABŞ və Rusiya nümayəndələri arasında telefon danışığı baş tutduğunu bildirir
ABŞ və Rusiya nümayəndələri arasında telefon danışığı baş tutub.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun bildirdiyinə görə, Rusiya və ABŞ arasında danışıqlarda Rusiya prezidentinin köməkçisi Yuri Uşakov və Ağ Evin bir neçə nümayəndəsi iştirak edib.
“Dmitriyev prezidentə Amerikaya səfəri və amerikalılarla təmaslarının nəticələri barədə məlumat verdikdən sonra bu məlumatlar təhlil edilib və prezident Putinin göstərişi ilə Rusiya və ABŞ administrasiyalarının nümayəndələri arasında telefon danışığı olub. Onlar dialoqu davam etdirmək qərarına gəliblər”, – Dmitri Peskov bildirib.