Dmitri Peskov ABŞ və Rusiya liderləri arasında görüşün 6-7 saat davam edəcəyini ehtimal edir
Kremlin sözçüsü Dmitri Peskov ABŞ və Rusiya liderləri arasında görüşün 6-7 saat davam edəcəyini ehtimal edir.
Onun dediyinə görə, bu ehtimal ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putinin əvvəlcə təkbətək görüş keçirəcəkləri faktına əsaslanır.
“Görünür ki, bu işdə köməkçilər də iştirak edəcək. Sonra nümayəndə heyətləri ilə, ola bilsin, işçi nahar formatında danışıqlar aparılacaq. Ümumiyyətlə, buna ən azı 6-7 saat vaxt sərf olunacağını təsəvvür etmək olar”, – Peskov bildirib.
Donald Tramp və Vladimir Putin arasında görüş Alyaskanın Ankoric şəhərində Tbilisi vaxtı ilə saat 23:00-da başlayacaq. Görüşün əsas mövzusu Ukraynada davam edən müharibədir.