Dmitri Kuleba – Rusiyanın Ukraynaya işğalının ilkin mərhələsində Qərb tərəfdaşları Zelenskiyə video vəsiyyət yazmağı təklif edirdilər

20:39, 01.11.2024

Rusiyanın Ukraynaya genişmiqyaslı işğalından əvvəl Qərbdə düçünürdülər ki, Ukraynanın hazırkı hökuməti ölkə ərazisini qoruyub-saxlaya bilməyəcəkdi və hökumətin yenilənməsi lazım olacaqdı. Bu barədə Ukraynanın sabiq xarici işlər naziri Dmitri Kuleba “1+1” kanalına bildirib.

Kulebanın dediyinə görə, yüksək rütbəli amerikalı məmur Rusiyanın Ukraynanı işğal etməzdən əvvəl, hazırkı hökumətin Ukrayna ərazisinin yalnız kiçik bir hissəsini qoruyub-saxlaya biləcəyini dedi, o da optimist ssenari ilə.

Onun məlumatına görə, bu, sadəcə Amerikanın deyil, həm də bütün tərəfdaşın vahid mövqeyi idi.

“Varşavada olanda başqa bir şəxs mənə zəng edib dedi: Ukraynaya getmə, səni orada öldürəcəklər, Ukraynaya mübarizəni davam etdirmək üçün sənin səsin lazımdır, sən bütün dünyanı gəzəcəksən və ölkələri Ukraynanı dəstəkləməyə çağıracaqsan. . Mən ona evə qayıdacağımı deyəndə qərbli siyasətçilərdən biri mənə hər ehtimala qarşı Ukrayna prezidenti Volodimir Zelenskinin video vəsiyyət çəkməsini təklif etdi”, – Kuleba bildirib.

Oxşar