Distribusiya şirkətlərinin böyük maşınları şəhərdə sadəcə gecə saatlarında hərəkət edəcəklər

18:03, 01.12.2017

Tbilisi meri Kaxa Kaladze və Daxili İşlər Nazirinin görüşünün əsas mövzusu paytaxtda tıxanc probleminin tənzimlənməsi idi.

Kaxa Kaladze bəyan etdi ki, sadəcə meriyanın qoşulması ilə bu məsələ həll oluna bilməyəcək.

“Tıxanclar paytaxtın böyük problemidir, ancaq meriya tək başına bu məsələ ilə baş gələ bilməz. Düşünürük ki, böyük yük maşınları şəhərdə gecə saatlarında hərəkət etməlidirlər ki, gündüz saatlarında trafikdə tıxanc yaratmasınlar.

Mikroavtobuslar isı, sadəcə duracaqlarda dayana biləcəklər” – dedi Kaladze.

დატოვე კომენტარი

Oxşar