Diplomatik korpusun nümayəndələri İnqoroğva klinikasında “TV Pirveli”nin çəkiliş qrupunu ziyarət ediblər
Diplomatik korpusun nümayəndələri İnqoroğva klinikasında “TV Pirveli”nin çəkiliş qrupunu ziyarət ediblər

Gürcüstanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri İnqoroğva klinikasında “TV Pirveli”nin çəkiliş qrupunu ziyarət ediblər. Səfirlər arasında Amerika Birləşmiş Ştatları, Latviya, Almaniya və Böyük Britaniya səfirləri də olub.

Onlar əvvəlcə Nodar Meladze və klinikanın nümayəndələri ilə görüşüblər, bundan sonra xəsarət alanları ziyarət ediblər və onların vəziyyəti ilə yerindəcə tanış olublar.

Diplomatik korpusun nümayəndələri mediaya şərh verməyiblər.

“TV Pirveli”nin çəkiliş qrupuna Konservatoriyanın yaxınlığında birbaşa efirdə hücum ediblər. Birbaşa efirdə maskalı şəxs çəkiliş qrupuna yaxınlaşaraq kameranı operatordan almaq istəyirdi, bu zaman maskalı şəxs arxadan Maka Çixladzeyə yaxınlaşdı və onu yerə yıxdı, operatora fiziki təzyiq göstərdilər.

Qeyd olunan faktla bağlı Xüsusi İstintaq Xidməti Cinayət Məcəlləsinin 154-cü maddəsinin ikinci hissəsi ilə istintaq başladıb.

Bununla yanaşı, Xüsusi İstintaq Xidməti “TV Pirveli” əməkdaşlarına hücumla əlaqədar bəyanat yayıb.