DİN - zərərçəkmiş fəallar istintaqla əməkdaşlıq etməyiblər, müvafiq olaraq, Melikişvili prospektində 8-9 sentyabr tarixlərində baş vermiş hadisələrlə əlaqədar həbs edilmiş iki şəxs azad edilib
DİN - zərərçəkmiş fəallar istintaqla əməkdaşlıq etməyiblər, müvafiq olaraq, Melikişvili prospektində 8-9 sentyabr tarixlərində baş vermiş hadisələrlə əlaqədar həbs edilmiş iki şəxs azad edilib

Tbilisidə, Melikişvili prospektində baş vermiş faktla bağlı həbs edilən 3 nəfərdən ikisi sərbəst buraxılıb. Bu barədə daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze nazirlikdə keçirdiyi brifinqdə bildirib.

Daraxvelidzenin izahına görə, zərərçəkmiş fəallar istintaqla əməkdaşlıq etməyiblər və onların ifadələrindən çıxış edərək, qrup halında zorakılıq ittihamı ilə həbs edilmiş iki şəxsin məsuliyyətə cəlb edilməsi mümkün olmayıb.

“Sizə 8-9 sentyabr tarixlərində Tbilisi şəhərində, Melikişvili prospektində baş vermiş faktla əlaqədar həbs edilmiş üç şəxs haqqında məlumat vermək istəyirəm.

Xəsarət alan fəallar istintaqla əməkdaşlıq etməyiblər və onların ifadələrindən çıxış edərək qrup halında zorakılıq ittihamı ilə həbs edilmiş iki şəxsin məsuliyyətə cəlb edilməsi mümkün olmayıb – müvafiq olaraq, onlar bu gün həbsdən azad ediliblər.

Əşyaya zərər vurmaqda ittiham olunaraq həbs edilən vətəndaşa gəlincə, bildiyimiz kimi, Gürcüstan Baş Prokurorluğu artıq onun barəsində həbs-qətimkan tədbiri kimi girov təyin olunması üçün məhkəməyə müraciət edib və o, bir neçə saat ərzində azad ediləcək”, – Daraxvelidze bildirib.