DİN - Yanğınsöndürən-xilasedicilər müxtəlif kəndlərdən olan vətəndaşları təhlükəsiz əraziyə təxliyə ediblər, müdafiə qüvvələri ilə birlikdə əhalinin bir hissəsi zəruri dərmanlar və ərzaqla ilə təmin edilib
DİN - Yanğınsöndürən-xilasedicilər müxtəlif kəndlərdən olan vətəndaşları təhlükəsiz əraziyə təxliyə ediblər, müdafiə qüvvələri ilə birlikdə əhalinin bir hissəsi zəruri dərmanlar və ərzaqla ilə təmin edilib

Qərbi Gürcüstanda güclü qar səbəbindən Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Olunması Xidməti fövqəladə iş rejimində fəaliyyətini davam etdirir. Bu barədə məlumatı DİN yayır.

Agentliyin məlumatına görə, xilasetmə əməliyyatları gecə boyu davam edirdi. Yanğınsöndürən-xilasedicilər müxtəlif kəndlərdən olan vətəndaşları təhlükəsiz əraziyə çatdırdılar, müdafiə qüvvələri ilə birlikdə əhalinin bir hissəsini zəruri dərmanlar və ərzaqla təmin etdilər.

Fövqəladə Halların İdarə Olunması Xidmətinin rəhbəri Quriya bölgəsindədir. Temur Mğebrişvili davam edən xilasetmə tədbiri ilə bağlı mediaya şərh verib. Onun dediyinə görə, Quriya bölgəsi ilə yanaşı, güclü qar yağan bütün bölgələrə xilasedicilər səfərbər olunub.

“Baş nazirin iştirakı ilə fövqəladə iclas keçirilib. Tapşırıqlar planlaşdırılıb, fəaliyyət planı yazılıb, bunun əsasında xarici aləmlə əlaqəsi kəsilmiş yerlərə üstünlük verilib. Biz fövqəladə və gücləndirilmiş rejimə keçmişik və Quriya ilə yanaşı Fövqəladə Halların İdarə Olunması Xidməti İmereti və Acarada tam səfərbər olunub və iş prosesi davam edir”, – Temur Mğebrişvili bildirib.

Fövqəladə Halların İdarə Olunması Xidmətinin 600-ə yaxın yanğınsöndürən-xilasedicisi Daxili İşlər Nazirliyinin bütün müvafiq bölmələri və digər qurumların nümayəndələri ilə birlikdə əlaqələndirilmiş şəkildə fəaliyyətini davam etdirir.

Məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayır.