DİN - yanğın nəticəsində həlak olanların ekspertizası başa çatdı və onların hamısı eyniləşdirilibdir
Bu mərhələdə, hadisə yerini ekspert-kriminalistlər və müstəndiqlər gözdən keçirirlər, nümunələrin götürülməsi həyata keçirilir,- bu haqqda Birinci Kanala Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirdilər.
İdarənin məlumatına görə, cəsədlər üzərində artıq məhkəmə tibbi ekspertiza keçirildi və onların hamısı eyniləşdirilib.
Birinci Kanala Daxili İşlər Nazirliyindən verilən məlumata görə, baş verənlər üzrə soğular və başqa təxirə salınmaz istintaq tədbirləri həyata keçirilir.
Batumidə, baş vermiş yanğın nəticəsində həlak olanlara görə, 27 noyabr, Gürcüstanda matəm günü elan edildi.
Batumidə, “Leogrand” mehmanxanasında baş vermiş yanğın nəticəsində 10 Gürcüstan və bir İran vətəndaşı həlak oldu.
DİN-in məlumatına görə, 21 nəfərin hospitala yerləşdirilməsi lazım gəldi – onların heç birinin həyatına təhlükə yoxdur. Xəsarət alanlar arasında bir nəfər yanğınsöndürəndir.
Baş verən faktla bağlı istintaq, Gürcüstan CM-nin 243-cü maddəsinin 3-cü hissəsi ilə aparılır – yangın təhlükəsizliyi qaydalarının pozulması.
Mehmanxanada yanğın, noyabrın 24-də, təxminən saat 21:00-da əmələ gəldi.