Amerika Birləşmiş Ştatlarında beş günlük matəm elan olundu
Amerika Birləşmiş Ştatlarında beş günlük matəm elan olundu

Amerika Birləşmiş Ştatlarında beş günlük matəm elan olundu.

Prezident hər bir dövlət idarəsi və xaricdə olan səfirliklər binalarında, həmçinin Amerika gəmilərində, milli bayrağının yarı aşağı endirilməsi barəsində fərmana imza atdı.

“Millətimiz, Parklandda Marcor Sotunmen Duqlas məktəbində dəyərli insanlarını itirənlərlə birlikdə matəm edir”, – Donald Trampın fərmanında oxunur.

Orta məktəbə hücum çərşənbə günü günorta baş verdi. Elə həmin məktəbin keçmiş tələbəsi, 19 yaşlı Nikolas Kruz məktəb ərazisində atəş açdı. Hücum nəticəsində 17 nəfər həlak oldu. Müxtəlif yaralarla 20-ə qədər insan xəstəxamaya yerləşdirilib. Onlardan üçünün durumu çox ağırdır. Cinayətkari polis elə məktəbin ərazisində yaxaladı.