DİN – Telavidə baş verən təbii fəlakət səbəbindən, iyulun 13-də Telavidə praktiki imtahanın həm birinci, həm də ikinci mərhələsi keçirilməyəcək

13:44, 12.07.2026

Daxili İşlər Nazirliyinin Xidmət Agentliyi nəzərinizə çatdırır ki, Telavi şəhərində baş verən təbii fəlakət və zədələnmiş infrastruktur səbəbindən, iyulun 13-də Telavi şəhərində praktiki imtahanın həm birinci mərhələsi (meydança), həm də ikinci mərhələsi (şəhər) keçirilməyəcək, – bu barədə DİN-in Xidmət Agentliyi məlumat yayır.

“Xidmət Agentliyinin nümayəndələri sürücülüyə namizədlərlə fərdi şəkildə əlaqə saxlayacaq və yeni imtahan tarixini razılaşdıracaqlar.

Praktiki imtahanın bərpası və agentliyin digər xidmətləri ilə bağlı əlavə məlumatı ictimaiyyətə daha sonra çatdıracağıq”, – deyə bəyanatda qeyd olunub.

Oxşar