DİN - Son 48 saat ərzində narkotik cinayəti ittihamı ilə 75 nəfər saxlanılıb, onların arasında həm Gürcüstan vətəndaşları, həm də xarici ölkə vətəndaşları var
Gürcüstan daxili işlər nazirinin müavini Qiorqi Saxokianinin bəyanatına görə, son 48 saat ərzində narkotik cinayəti ittihamı ilə 75 nəfər saxlanılıb, onların arasında həm Gürcüstan vətəndaşları, həm də xarici ölkə vətəndaşları var. Bu barədə Qiorqi Saxokia qurumda keçirilən brifinqdə bildirib.
Saxokiyanın brifinqdə qeyd etdiyi kimi, saxlanılan şəxslər külli miqdarda və xüsusilə külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, saxlanması, satışı və satışına şərait yaratmaqda ittiham olunurlar.
“Daxili İşlər Nazirliyi narkotik cinayətlərinə qarşı qanunvericiliklə müəyyən edilmiş sərt tədbirlərin həyata keçirilməsini intensiv şəkildə davam etdirir. Hüquq-mühafizə orqanlarının əməkdaşları eyni vaxtda Tbilisi və bölgələrdə növbəti uğurlu polis tədbiri keçiriblər.
Son 48 saat ərzində narkotik cinayəti ittihamı ilə 75 nəfər həbs edilib, onların arasında həm Gürcüstan, həm də xarici ölkə vətəndaşları var. Həbs olunanlar külli miqdarda və xüsusilə külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, saxlanması, satışı və satışına şərait yaratmaqda ittiham olunurlar.
Hakimin hökmü əsasında aparılmış gizli istintaq hərəkətləri nəticəsində əldə edilmiş sübutlar, xüsusən audio və video yazılar nəticəsində əldə olunmuş sübutlarla təsdiqləndi ki, saxlanılan şəxslərin əksəriyyəti narkotik vasitələrin satışını sistemli şəkildə həyata keçirirdilər və onlar satışı həyata keçirmək üçün müxtəlif yollar və üsullardan istifadə edirdilər.
Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən təqsirləndirilən şəxslərin şəxsi əşyalarına, nəqliyyat vasitələrinə və evlərinə baxış nəticəsində, həmçinin, keçirilmiş istintaq-əməliyyat təcrübəsi zamanı onların göstərdikləri yerlərdən satış üçün hazırlanmış külli miqdarda müxtəlif narkotik vasitə və psixotrop maddələr maddi sübut kimi götürülüb, onların arasında “Kokain”, “Heroin”, “Alpha PVP”, “MDMA”, “Metadon”, “Subotex”, “Buprenorfin”, “Pregabalin”, “Lyrica” və “Marixuana” var.
Polis tərəfindən həmçinin odlu silahlar, narkotik vasitələrin qablaşdırılması üçün lazım olan materiallar və ehtimal ki, narkotiklərin satışı nəticəsində əldə edilmiş vəsait götürülüb.
İstintaq Gürcüstanın Cinayət Məcəlləsinin 260-cı, 260-cı üçüncü, 260-cı dördüncü və 261-ci maddələri ilə aparılır ki, bu da, 20 ilə qədər müddətə və ya ömürlük azadlıqdan məhrum etməni nəzərdə tutur”, – Qiorqi Saxokia bildirib.