DİN son 24 saat ərzində ölkə miqyasında keçirilən polis tədbirləri nəticəsində narkotik cinayəti ittihamı ilə 42 nəfəri həbs edib
“Daxili İşlər Nazirliyi ötən 24 saat ərzində ölkə miqyasında keçirilən polis tədbirləri nəticəsində narkotik cinayəti ittihamı ilə 42 nəfəri saxlayıb, – bu barədə Daxili İşlər Nazirliyində keçirilən brifinqdə nazir müavini Aleksandr Daraxvelidze bildirib.
“Daxili İşlər Nazirinin müavininin sözlərinə görə, həbs edilənlərin böyük əksəriyyəti iri narkotik satıcılarıdır, bir qismi isə xüsusilə böyük miqdarda narkotiklərin qanunsuz əldə edilməsi və saxlanılmasında ittiham olunur.
““Narkotik cinayətkarları Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Baş Prokurorluqla birlikdə Tbilisi və regionlarda aparılan əməliyyat, istintaq və proses tədbirləri nəticəsində həbs olunublar.
Saxlanılanlar arasında həm Gürcüstan, həm də xarici ölkə vətəndaşlar var.
Hakimin hökmü əsasında həyata keçirilmiş gizli istintaq hərəkətləri, xüsusilə audio və video qeydiyyat nəticəsində əldə olunan sübutlarla təsdiqləndi ki, saxlanılan şəxslərin əksəriyyəti narkotik satışı sxeminə daxil idi. Narkotik cinayətkarları internet tətbiqi vasitəsilə sonradan satış məqsədilə müəyyən yerlərdə narkotik vasitələri yerləşdirirdilər və bu barədə məlumatı narkotik almaq istəyən şəxslərə göndərirdilər. Həmçinin müəyyən edilib ki, saxlanılan şəxslər narkotikləri müxtəlif yollarla da işə keçirirdilər.
Hüquq-mühafizə orqanlarının əməkdaşları “qara bazar” adlanan bazarda satışı planlaşdırılan xüsusilə külli miqdarda müxtəlif növ narkotik vasitəni götürüblər. “Heroin”, “Kokain”, “Alpha PVP”, “Buprenorfin”, “Suboxine”, “Metadon”, “Ketamin”, “Mephedrone”, “MDMA”, “Marixuana” və digər maddələr müsadirə edilib”, – Daraxvelidze bildirib.
Onun sözlərinə görə, təqsirləndirilən şəxslərin törətdikləri cinayətlər 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetməni nəzərdə tutur.
“Daxili İşlər Nazirliyinin hər bir əməkdaşının məqsədi cəmiyyəti narkotiklərin zərərli təsirindən qorumaq və cinayətkar sxemdə iştirak edən bütün şəxsləri aşkar etməkdir”, – Daraxvelidze bildirib.