DİN- Sameqrelo polisi 2021-ci ildən bəri axtarışda olan şəxsi həbs edib
DİN- Sameqrelo polisi 2021-ci ildən bəri axtarışda olan şəxsi həbs edib

Daxili İşlər Nazirliyinin Sameqrelo-Zemo Svaneti Polis İdarəsinin əməkdaşları 2021-ci ildən axtarışda olan 1984-cü il təvəllüdlü B.S.-nı saxlayıblar.

Daxili İşlər Nazirliyinin məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları əməliyyat məlumatı əsasında Zuqdidi bələdiyyəsində B.S.-nı saxlayıblar.

Mühakimə olunmuş şəxs Zuqdidi Rayon Məhkəməsinin hökmü əsasında axtarışa verilmişdi və qiyabi olaraq azadlıqdan məhrum edilmişdi.

Saxlanılan şəxs hazırda cəzaçəkmə müəssisəsinə yerləşdirilib.