DİN - Rusiya işğalçı qüvvələri tərəfindən qanunsuz olaraq saxlanılan Laşa Xetereli və Uça Coxadze mərkəzi hakimiyyət tərəfindən nəzarətdə olan ərazidədir
2023-cü ilin iyulun 3-də Qori bələdiyyəsinin Ququtiantkari kəndi yaxınlığında Rusiya işğalçı qüvvələri tərəfindən qanunsuz olaraq saxlanılan Laşa Xetereli və cari ilin sentyabrın 10-da Qori bələdiyyəsinin Tsitelubani kəndi yaxınlığında qanunsuz olaraq saxlanılan Uça Coxadze azaddırlar və mərkəzi hakimiyyətin nəzarətində olan ərazidədirlər. Bu barədə məlumatı Dövlət Təhlükəsizliyi Xidməti yayır.
DİN-nin məlumatına görə, Laşa Xetereli və Uça Coxadzenin qanunsuz həbsdən azad edilməsi prosesində həm Gürcüstanda Avropa İttifaqının Monitorinq Missiyasının (EUMM) idarə etdiyi “qaynar xətt” mexanizmi, həm də mərkəzi hakimiyyətin əlində mövcud olan bütün müvafiq alətdən aktiv şəkildə istifadə olunurdu.
“Gürcüstanın işğal olunmuş bölgələrində və işğal xətti boyunca həyata keçirilən bütün dağıdıcı hərəkətə görə məsuliyyət işğalçı dövlətin üzərinə düşür. Mərkəzi hakimiyyət beynəlxalq tərəfdaşlarla birlikdə işğal olunmuş ərazilərdə qanunsuz həbsdə olan bütün Gürcüstan vətəndaşlarının azad edilməsi üçün fəal işləməyi davam etdirir”, – məlumatda qeyd olunub.