DİN - Məhkəmə Azərbaycan vətəndaşı Əfqan Sadıqova 2 000 lari məbləğində cərimə, Gürcüstandan çıxarılma və üç il müddətinə ölkəyə girişinə qadağa tətbiq edib
Azərbaycan vətəndaşı Əfqan Sadıqov Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən inzibati qaydada saxlanılıb və müvafiq inzibati iş çərçivəsində məhkəmə qarşısına çıxarılıb, – bu barədə Daxili İşlər Nazirliyinin bəyanatında qeyd olunub.
Daxili İşlər Nazirliyinin məlumatına görə, Tbilisi Şəhər Məhkəməsi Sadıqovu İnzibati Xətalar Məcəlləsinin 173-cü maddəsi ilə nəzərdə tutulmuş hərəkəti həyata keçirdiyinə görə inzibati xəta törətmiş şəxs kimi tanıyıb. Xüsusilə, sosial şəbəkədə polis əməkdaşını təhqir etdiyinə görə. Ona cəza olaraq 2 000 lari məbləğində cərimə, Gürcüstandan çıxarılma və üç il müddətinə ölkəyə girişinə qadağa tətbiq edilib.
“Məhkəmə Daxili İşlər Nazirliyinin nümayəndələrinin mövqeyini nəzərə alaraq, sözügedən şəxsin, toplaşmaq və nümayiş qaydalarını pozmaq da daxil olmaqla, müxtəlif növ inzibati xətalara görə 62 dəfə müəyyən edildiyini və artıq iki dəfə inzibati həbs cəzası çəkdiyini nəzərə alıb.
Gürcüstanda insan haqları və azadlıqları tam qorunur. Eyni zamanda, dövlət fərdi hüquqlar və dövlətin təhlükəsizlik maraqları arasındakı tarazlığı sərt şəkildə qoruyur. Hüquqi əsas olmadan ölkədə qalan və qanunu pozan şəxslərə qarşı qanunla nəzərdə tutulmuş, qanunun aliliyi prinsipinə tam uyğun tədbirlər görüləcək”, – DİN-in bəyanatında qeyd olunur.