DİN qəsdən adam öldürmə ittihamı ilə bir nəfəri saxlayıb
DİN qəsdən adam öldürmə ittihamı ilə bir nəfəri saxlayıb

Daxili İşlər Nazirliyinin Raça-Leçxumi və Kvemo Svaneti Polis Departamentinin əməkdaşları həyata keçirilmiş operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində, əvvəl məhkum olunmuş, 1987-ci il təvəllüdlü Ş. Q.-nı qəsdən adam öldürmə ittihamı ilə “isti izlər”lə saxlayıblar. Bu barədə DİN məlumat yayır.

Qurumun məlumatına görə, cinayət 10 ildən 15 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur.

İstintaqla müəyyən edilib ki, Ambrolauri rayonunun Kedisubani kəndində təqsirləndirilən Ş. Q. qarşılıqlı mübahisə zəminində K.V.-yə küt alətlə həyatla bir araya sığmayan xəsarətlər yetirib, nəticədə K.V. dünyasını dəyişib.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə aparılır”, – deyə DİN tərəfindən yayılan məlumatda deyilib.