DİN-də bildirirlər ki, İrakli Edzveradze inzibati qayda ilə saxlanılıb
DİN-də bildirirlər ki, İrakli Edzveradze inzibati qayda ilə saxlanılıb

Gürcüstanın Daxili İşlər Nazirliyində Sakrebulonun “Milli Hərəkat”dan olan deputatı İrakli Edzqveradzenin inzibati qaydada saxlanılıdğını bildirirlər.

Agentliyin məlumatına əsaəsn, İrakli Edzqveradze Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polisinin əməkdaşlarının vəzifələrini yerinə yetirməsinə mane olub.

“Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polisinin əməkdaşları xidməti vəzifələrini, xüsusən də narkotik cinayətləri ilə bağlı istintaq hərəkəti həyata keçirərkən onların xidməti vəzifələrini yerinə yetirməsinə mane olan vətəndaş İrakli Edzqveradzenin istintaq hərəkəti ilə heç bir əlaqəsi yoxdur. “İrakli Edzqveradze İnzibati Xətalar Məcəlləsinin 166 və 173-cü maddələrinə əsasən saxlanılıb”, – DİN-ndə bildirirlər.