DİN binasının yanında duran Zaza Saralidze ilə baş inspeksiyanın rəhbəri görüşdü
DİN binasının yanında duran Zaza Saralidze ilə baş inspeksiyanın rəhbəri görüşdü

Ortaçalada, Daxili İşlər Nazirliyi binasının qabağında, etiraz əlaməti olaraq duran Zaza Saralidze ilə baş inspeksiya departamentinin rəhbəri Aleksandre Xocevanişvili görüşdü.

Zaza Saralidzenin açıqlamasına görə, onlar Xorava küçəsində baş verən cinayətin detalları və dəlilləri haqqında danışdılar. Aleksandre Xocevanişvili isə, jurnalistlərə şərh vermədi.

Zaza Saralidzenin dediyinə görə, daha sonra Daxili İşlər Nazirliyinin digər departamentlərinin rəhbərləri ilə görüşəcək.

Xatırladaq ki, Zaza Saralidze Xorava küçəsində baş verən cinayətdə iştirak etdiyi iddia edilən bir digər yeniyetmənin, Mixeil Kalandianın həbs edilməsini tələb edir.