DİN - aksiya iştirakçılarını polisin göstərişlərinə tabe olmağa, vəziyyətin gərginləşməsinə yol verməməyə çağırırıq, əks halda hüquq-mühafizə orqanlarının əməkdaşları qanunla nəzərdə tutulmuş tədbirləri həyata keçirəcəklər
Aksiya iştirakçılarını polisin göstərişlərinə tabe olmağa, vəziyyətin gərginləşməsinə yol verməməyə çağırırıq, əks halda hüquq-mühafizə orqanlarının əməkdaşları qanunla nəzərdə tutulmuş tədbirləri həyata keçirəcəklər”, – bu barədə DİN-nin bəyanatdında deyilib.
“Tbilisidə, Melikişvili prospektində vətəndaşlar arasında qarşıdurma başladığı andan etibarən, Daxili İşlər Nazirliyinin əməkdaşları vəziyyətin gərginliyini azaltmaq və münaqişənin daha da dərinləşməsinin qarşısını almaq məqsədilə müvafiq tədbirlər görüblər. Lakin vətəndaşların bir qismi hələ də hüquq-mühafizə orqanlarının əməkdaşlarının çağırışlarına tabe olmur və ictimai asayişi pozur.
“Aksiya iştirakçılarını polisin göstərişlərinə tabe olmağa, vəziyyətin gərginləşməsinə yol verməməyə çağırırıq, əks halda hüquq-mühafizə orqanlarının əməkdaşları qanunla nəzərdə tutulmuş tədbirləri həyata keçirəcəklər və hər bir qanun pozuntusu faktına müvafiq hüquqi reaksiya veriləcək”, – DİN-nin məlumatında qeyd olunur.