Dimitri Peskovun sözlərinə görə, “Şimal axını” ilə Avropaya qaz nəqlinin dayandırılması Rusiyaya qarşı tətbiq edilən sanksiyalarla bağlıdır
Dimitri Peskovun sözlərinə görə, “Şimal axını” ilə Avropaya qaz nəqlinin dayandırılması Rusiyaya qarşı tətbiq edilən sanksiyalarla bağlıdır. Bu barədə Kremlin mətbuat katibi mətbuata açıqlamasında bildirib.
“Nasosla bağlı problemlərin Almaniya və Böyük Britaniya daxil olmaqla Qərb dövlətlərinin ölkəmizə və bir sıra şirkətlərə tətbiq etdiyi sanksiyalar səbəbindən yarandığını bilirsiniz. Nasos problemi yarada biləcək başqa səbəblər yoxdur”- Peskov bildirib.
Peskov həmçinin qeyd edib ki, sanksiyalar vəziyyəti o həddə çatdırıb ki, bölmələrə xidmət göstərmək və hərəkət etdirmək mümkün deyil.
“Təbii ki, məhz bu sanksiyalar aqreqatlara xidmət göstərilməsinin qarşısını alır, müvafiq hüquqi təminatlar olmadan onların hərəkətinin qarşısını alır, bu hüquqi təminatların verilməsinə mane olur və s. Qərb dövlətlərinin tətbiq etdiyi bu sanksiyalar vəziyyəti indi gördüyümüz səviyyəyə çatdırdı” – Peskov bildirib.