Dimitri Peskov – Volodimir Zelenskinin ABŞ-a səfəri Ukraynaya yaxşı heç nə gətirməyəcək

20:59, 21.12.2022

 
Volodimir Zelenskinin ABŞ-a səfəri Ukraynaya yaxşı heç nə gətirməyəcək, Rusiya Kiyevlə sülh danışıqları üçün şans görmür-bu barədə Rusiya Prezident Administrasiyasının sözçüsü Dimitri Peskov açıqlayıb.

Kreml nümayəndəsi Ukraynaya qərb silahının tədarükünün davam etdirilməsinin münaqişənin dərinləşməsinə gətirib çıxaracağını, bunun isə Kiyevin əleyhinə çevrilə biləcəyini açıqlayıb.

“Silahların tədarükü davam edir, çatdırılan silahların çeşidi genişlənir. Bütün bunlar, təbii ki, münaqişənin kəskinləşməsinə gətirib çıxarır və faktiki olaraq, Ukraynaya yaxşı heç nə gətirmir” -deyə Dimitri Peskov açıqlayıb.

Oxşar