Dimitri Peskov-Ukraynanın 10 bəndlik sülh planı dörd yeni ərazinin Rusiyaya birləşdirilməsini nəzərdə tutmalıdır

18:48, 28.12.2022

 

Ukraynanın 10 bəndlik sülh planı dörd yeni ərazinin Rusiyaya birləşdirilməsini nəzərdə tutmalıdır-bu barədə Rusiya Prezident Administrasiyasının mətbuat katibi Dimitri Peskov açıqlayıb.

Kreml nümayəndəsi yeni reallığı nəzərə almayan planların dinc ola bilməyəcəyini söyləyib.

Rusiya bu ilin sentyabrında Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaporojie vilayətlərini öz ərazisi kimi elan edib. Rusiya bu regionların heç birinə tam nəzarət edə bilmir. Ukrayna Prezidenti Volodimir Zelenski noyabr ayında müharibəyə son qoymaq üçün hazırlanmış on bəndlik sülh planını təqdim edib. Plan Rusiya qoşunlarının Ukraynanın beynəlxalq səviyyədə tanınmış ərazisindən çıxarılmasını nəzərdə tutur ki, bu da o deməkdir ki, Rusiya ordusu 2014-cü ildə zəbt etdiyi bütün dörd regiondan və Krımdan çıxmalıdır.

Oxşar