Dimitri Peskov – Rusiya ərazisinin dərinliklərinə zərbələr endirilməsinə icazə verilməsi Qərbin Ukrayna münaqişəsində iştirakını artıracaq və Moskvanın cavab reaksiyasına səbəb olacaq
Rusiya ərazisinin dərinliklərinə zərbələr endirilməsinə icazə verilməsi Qərbin Ukrayna münaqişəsində iştirakını artıracaq və Moskvanın cavab reaksiyasına səbəb olacaq – bu haqda Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “İzvestiya”ya müsahibəsində deyib.
“Vəziyyəti tünd rənglərlə təsvir etməyə ehtiyac yoxdur, lakin təbii ki, bu, kollektiv Qərb ölkələrinin bu müharibədə iştirak dərəcəsini xeyli artırır. Əlbətdə, bu, Rusiyanın müvafiq reaksiyasına səbəb olacaq” – Peskov bildirib.
Məlumat üçün bildirək ki, bundan əvvəl Amerika mediası məlumat yaydı ki, Qərb ölkələri Ukrayna Silahlı Qüvvələrinə Qərb tərəfindən verilən silahlarla Rusiya Federasiyasının ərazisinin dərinliklərinə zərbələr endirməyə icazə verə bilər.
Rusiya Prezidentinin mətbuat katibi bildirib ki, “bu, müharibəni sonuncu ukraynalıya qədər davam etdirmək cəhdidir”.